Kiçik açar böyük qıfılı açar.

A little body often harbours a great soul. / Small rain lays great dust. / Little pigeons can carry great messages. Мал телом, да велик умом. / Мал золотник, а увесист.
kətçi
Kiçik Ayı bürcü
OBASTAN VİKİ
Açar
Açar bu mənaları ifadə edə bilər:
Avtomat açar
Avtomat açar (ing. Circuit breaker, rus. Автоматический выключатель )— cərəyan yüklənməsi və qısa qapanma nəticəsində yarana biləcək zədələnmələrdən elektrik dövrəsini qorumaq üçün layihə olunmuş, avtomatik fəaliyyət göstərən elektrik açarı. Onun əsas funksiyası nasazlıq aşkar edildikdən sonra cərəyanın axınını kəsməkdən ibarətdir. Əriyən qoruyucudan fərqli olaraq, avtomat açarın normal iş fəaliyyəti bərpa edilib, yenidən işlədilə bilər (əllə və ya avtomatik). Avtomat açarlar müxtəlif ölçülərdə hazırlanırlar. Kiçik avtomat açarlar aşağı cərəyan dövrələrini və fərdi məişət cihazlarını qorumaq üçün nəzədə tutulur. Bütün şəhəri elektrik enerjisi ilə təmin edən yüksək gərginlik dövrələrinin qorunması üçün isə daha fərqli kontruksiyada açarlar istehsal olunur. DIN-reykaya montaj edilə bilən termal maqnetik modulyar avtomat açar aşağıdakı hissələrdən ibarətdir. Açma və qoşma üçün istifadə olunan ling.
Açar (musiqi)
Açar — hər bir not sətrinin əvvəlində qoyulan şərti işarədir. Açar not sətrində yazılan müəyyən bir notun yüksəkliyini və adını təyin edir. Bununla da həmin not sətrində yerləşən digər notların yazılması və oxunması üçün yol açılır. Not yazısında açar üçün oriyentir olaraq üç səsdən istifadə olunur: 1. kiçik oktavanın "fa" səsi – Bas açarı; o cümlədən, "Fa" sisteminə aid olan açarlar bunlardır: Basprofund açarı, bariton açarı. 2. birinci oktavanın "sol" səsi – Skripka açarı (və yaxud kaman açarı); o cümlədən, "Sol" sisteminə aid olan açar – qədim fransız açarı. 3. birinci oktavanın "do" səsi – Alt açarı; o cümlədən, "Do" sisteminə aid olan açarlar - Soprano açarı, Messo-soprano açarı, Tenor açarı, Bariton açarı.
Açar kadr
Açar kadr (keyframe,ключевой кадр, anahtar kare) — rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,467s.
Açar söz
Açar söz — (ing. keyword) mətnin əsas məğzini özündə əks etdirən söz. İnternetdə axtarış üçün əsas vasitədir. Proqramlaşdırma dillərində: qabaqcadan müəyyən olunmuş hərəkəti, yerləşik funksiyanı (BUILT-IN FUNCTION), yaxud əməli tanıdan söz. Məsələn, Basic dilində “print” və ya Pascal dilində “begin” belə sözlərdəndir. Bu sözlər dilin öz ehtiyacları üçün ayrılır və proqramçılar onlardan dəyişənlərin, funksiyaların, prosedurların və metodların adları kimi istifadə edə bilməzlər. Buna görə də, bu sözləri çox zaman “ehtiyat sözlər” adlandırırlar. Verilənlər bazasının idarəolunması sistemlərində: hər hansı yazıların, yaxud sənədlərin axtarışını aparmaq üçün istifadə olunan söz. Sənədin başlığında, yaxud mətnində olan və onun məzmunu haqqında daha çox informasiya daşıyan söz. Əsasən, sənədlərin indekslənməsi üçün istifadə olunur.
Dəyişdirici, açar
KVM açar
KVM switch ~ KVM-переключатель ~ KVM anahtar ~ KVM açar – (KVM – “keyboard, video, mouse” sözlərinin abreviaturası) bir dəst giriş-çıxış qurğularını bir neçə kompüter arasında kommutasiya etmək üçün nəzərdə tutulmuş qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Namizəd açar
Namizəd açar (candidate key)– verilənlər bazası cədvəlinin müəyyən əlaqələr sətrinin unikal idenfikatoru (tanıdıcısı). Namizəd açar həm sadə (bir atribut halında), həm də mürəkkəb (iki və daha artıq atribut halında) ola bilər. Tərifə görə, hər bir əlaqənin (münasibətin) heç olmazsa bir namizəd açarı olur. Əgər namizəd açar təkdirsə, onda o verilmiş münasibət üçün avtomatik olaraq ilkin açar olur. Əgər namizəd açar bir neçədirsə, istifadəçi onlardan birini ilkin açar kimi göstərməlidir. İlkin kimi göstərilməyən hər bir açar alternativ açar olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeliz Açar
Yeliz Açar (19 dekabr, 1997) — müdafiəçi kimi çıxış edən türk əsilli azərbaycanlı futbolçu. O, Fatih Vatan Spor klubunda müdafiəçi kimi çıxış edir. 17 yaşadək qızlardan ibarət Türkiyə millisinin, daha sonra isə Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının üzvü olub. == Klub karyerası == Açar karyerasına 19 mart 2010-cu ildə Zeytinburnu Sporda başlayıb. O, 2011–12 Qadınların İkinci Liqası mövsümündə Akdeniz Nurçelik Sporda debüt etdi. Növbəti mövsüm klubun adı Akdeniz Nurçelik Spor olarak dəyişdirildi. Daha sonra 2013-cü ilin sentyabrında gənc idmançı Lüleburgaz 39 Sporla müqavilə imzaladı. Lakin klub liqadan çıxdı. Beləliklə Türkiyə Futbol Federasiyasının nizamnaməsinə əsasən, o 2013–14 mövsümündə başqa kluba transfer oluna bilmədi. Həmin mövsümün ikinci yarısında Karadeniz Ereğli Belediyespora transfer oldu.
Xarici açar
Xarici açar (ing. foreign key) — SQL verilənlər bazalarında bir cədvəldəki bir sütunun (və ya bir neçə sütunun) başqa bir cədvəlin bir sütunu ilə əlaqəli olduğunu göstərən bir məhdudiyyətdir. Xarici açarlar, verilənlər bazasında cədvəllər arasındakı əlaqələri müəyyən etmək və bu əlaqələrin düzgünlüyünü qorumaq üçün istifadə olunur. Onlar verilənlər bazasında məlumatların bütövlüyünü təmin etməyə kömək edir. == Əsas funksiyaları == Məlumatlar arasında əlaqə — xarici açar bir cədvəldəki məlumatı başqa bir cədvəldəki məlumatla əlaqələndirir. Məsələn, bir məhsul cədvəli və bir kateqoriya cədvəli varsa, məhsul cədvəlindəki category_id sütunu xarici açar kimi təyin edilə bilər ki, bu da onu kateqoriya cədvəlindəki id sütunu ilə əlaqələndirir. Referensial bütövlük — xarici açarların əsas vəzifəsi referensial bütövlüyü qorumaqdır. Bu, o deməkdir ki, xarici açarın istinad etdiyi dəyər əsas cədvəldə mövcud olmalıdır. Məsələn, əgər məhsul cədvəlində bir category_id varsa, bu dəyər kateqoriya cədvəlindəki id sütununda mövcud olmalıdır. == Əməliyyat məhdudiyyətləri == ON DELETE — əsas cədvəldən bir qeydi sildikdə xarici açara malik qeydlərlə nə baş verəcəyini idarə edir.
Açar-dəyər verilənlər bazası
Açar-dəyər verilənlər bazası (ing. Key-Value Database) — ən sadə və sürətli verilənlər bazası modellərindən biridir. Bu növ verilənlər bazası verilənləri açar (ing. key) və ona uyğun olan dəyər (ing. value) cütləri şəklində saxlayır. Hər bir açar unikal olur və dəyər ilə bağlıdır. Açar-dəyər cütləri verilənlər bazasında müstəqil saxlanılır və bir açarın dəyəri, sadə tipli məlumat (ing. string, integer) və ya mürəkkəb struktur (siyahı, təyin, JSON obyekt) ola bilər. == Açar-dəyər verilənlər bazasının xüsusiyyətləri == Sadə struktur Açar-dəyər modeli çox sadədir, yəni məlumatların saxlanılması açar və dəyər formasında olur. İstənilən məlumat yalnız unikal bir açarla əldə edilə bilər.
Kilid və açar (serial, 2020)
Kilid və açar (ing. Locke & Key) — Qabriel Rodrigezin eyniadlı komiksinə əsaslanan 2020-ci ildə çıxarılmış ABŞ istehsalı fantaziya, qorxu və dram teleserialı. == Məzmun == Rendell Lok köhnə şagirdi Sem Lesser tərəfindən öldürüldükdən sonra həyat yoldaşı Nina və üç övladı: Tayler, Kinsey və Bodi Sietldan Massaçusetsə köçürlər. Uşaqlar qısa müddətdə evin gizli sirlərini tapırlar. Beləcə açarlar vasitəsilə müvafiq kilidləri açıb açarların sirlərini kəşf edirlər. Amma pis əməllər üçün açarları istəyən şeytani varlıq onlarla savaşmağa başlayır.
Böyük evin kiçik sahibəsi
Böyük evin kiçik sahibəsi (ing. The Little Lady of the Big House) — Cek Londonun 1915-ci ildə yazdığı roman. Roman öz dövründə çoxlu tənqidə məruz qalır. ing. Clarice Stasz yazırdı ki, həqiqətə uyğun gəlməyən, 1915-ci il mənəviyyatı üçün çox erotik və açıq-saçıq görünən bu əsər viktorian təvazükarlığı və sentimentallığı qarşısında çox acizdir. Bu əsər romantik ədəbiyyatın tipik "məhəbbət üçbucağı" mövzusunda yazılmışdır. Bölüşülməmiş eşq, qısqanclıq, "poliamoriya" — eşqə, məhəbbətə olan etik nəzərlər romanın əsas qayəsini təşkil edir. Əsərdə Cek Londonun böyük nasirliyi, gözəl təsvir etmə ustalığına malik olması, yaşadığı dövrdə dünyada baş verən mühüm hadisələr, elmi-tərəqqi və təsərrüfat işləri haqqında dərin biliklərə yiyələnməsi bir daha təsdiqlənməkdədir. Beləki romanda bütün hadisələr, personajların xarakter və görkəmləri, təbi mənzərələr, təsərrüfat işləri böyük bir ustalıqla incəliklərinə qədər təsvir edilir. Tənqidçilər isə romanı "başdan ayağa qədər seks" ədəbsizlik kimi qiymətləndirərək onu "erotomaniya" adlandırırdılar.
Böyük və Kiçik Porsuq
Böyük Porsuq (qaz. Үлкен Борсық (Ülken Borsıq)) və Kiçik Porsuq (qaz. Кіші Борсық (Kişi Borsıq)) — Mərkəzi Asiyada, Aral dənizindən şimalda, böyük qismi Qazaxıstanın Aqtöbe vilayəti ərazisində yerləşən səhra. Şimaldan cənubda iki uzun zolaq şəkildə uzanır. Birinin uzunluğu 200 km (Böyük Porsuq), digərinin isə 100 km (Kiçik Porsuq) təşkil edir. Səhranın böyük qismi qumlardan ibarətdir. Ancaq Böyük Porsuq səhrasının şimalı allyuvial çöküntülərlə zəngindir. Səhrada güclü küləklərin təsiri ilə barxanlar yaranır. Burada kserofit kollardan ayrıqotu, yovşan kimi bitkilərə rast gəlinir. Üstəlik burada cuzqun, qum akasiyası, gəvən, çingil, tozağacı, iydə və əsməqovaq kimi bitkilər bitir.
Şahbulaq Qıfılı saray kompleksi
Şahbulaq Qıfılı saray kompleksi — Qarabağ xanlarının yay iqamətgahlarından biri. Ağdamın Şahbulaq yaylağında yerləşir. Saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Tikintisi iki ilə, yəni 1751–1752-ci illərdə başa çatmışdır. Bu abidə kompleksi bütün məşhur elmi ədəbiyyatda Şahbulaq Qıfılı adlanır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə əsasən, xan sarayının tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Tarixi mənbələrdə göstərilir ki, Saray binası plana əsasən düzbucaqlı formaya malikdir. Quruluşunda kilidi xatırladan elementlərdən istifadə olunmuşdur.
Böyük və Kiçik Tunb adaları
Böyük və Kiçik Tunb adaları (fars. تنب بزرگ و تنب کوچک ‎, Tonb-e Bozorg and Tonb-e Kuchak; ərəb. طنب الكبرى و طنب الصغرى ‎, Tonb al-Kubra and Tonb al-Sughra) - İran körfəzinin şərqində, Hörmüz boğazının yaxınlığında yerləşən kiçik adalar. Adalar İranın Hörmüzgan ostanının bir hissəsi kimi idarə olunur, həm də BƏƏ tərəfindən Rəs-ül-Xeymə əmirliyinin ərazisinin bir hissəsi kimi iddia edilir.
Kiçik böyük əsgər (film, 2010)
Kiçik böyük əsgər (ing. Little big solider) — 2010-cu ildə çəkilən döyüş və komediya filmidir. Filmin rejissoru Ding Şenqdir və filmin ssenarisi Ceki Çan. Filmdə baş rolda Ceki Çan və Leehom Vang çəkilmişdir. Film US$25 milyon büdcə ilə 2009-un yanvar ayında çəkilişlərə başladı və film 2009-un aprel ayında Çinə filmin yarısınıda çəkmək üçün getdi. == Məzmun == Çində müharibələr gedirdi. Milyonlarla əsgər öımüşdü, müharibədə iki yol var ya öldür, ya da öldürülən ol. Liang (qədim Çin dövləti) Vei (qədim Çin dövləti) — yin batalyonu ilə toqquşdu. Müharibədə hər kəs öldü, iki nəfərdən başqa. Liangdan quru qoşunlarının əsgəri və Veidən rəqib general.
Fazıl Kiçik
Fazıl Küçük, Kipr türkü siyasətçi jurnalist 1959 ilinin sonlarında qurulan Kipr Respublikasının vitse-prizenti Kipr türklərinin Rauf Denktaştan əvvəl öndəridir
Kiçik Kəmər
Kiçik Kəmər (dan. Lillebælt)-Fyon və Ere adalarını (şərqdə) Als adası və Yutlandiya yarımadasını (qərbdə) ayırır. Baltik dənizi ilə Katteqat boğazını birləşdirir. Uzunluğu 50 km, eni 800 m - 28 km arası dəyişir. Dayaz yeri 12 m, ən dərin yeri 75 m təşkil edir. Boğaz üzərində 2 körpü vardır. Körpülər Yeni və Köhnə körpü adlandırılır.
Kiçik Kəpənək
Kiçik Kəpənək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.Erm. SSR AS RH-nin 7.Xll.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovit qoyulmuşdur. == Toponimi == Toponim qədim türk dilində "yapınçı" mənasında işlənən kəpənək sözündən əmələ gələn kəpənəkçi etnonimi əsasında əmələ gəlmişdir (etnonimin tərkibində -çi şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). "Kiçik" fərqləndirici əlamət bildirir. Etnotoponimidir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir 1945-ci ildə kənd ermənicə Hovit adlandırılmışdır.
Kiçik Kəti
Kiçik Kəti - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən «kiçik» sözünün türk dilində «dağın gün düşməyən tərəfi» mənasında işlənən kət (kat) sözünə birləşməsi əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.X.1946-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernantsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Pokraşen (Kiçik kənd) qoyulmuşdur.
Kiçik Litva
Kiçik Litva (lit. Mažoji Lietuva; alm. Kleinlitauen‎; pol. Litwa Mniejsza; rus. Máлая Литвá) və ya Prussiya Litvası (lit. Prūsų Lietuva; alm. Preußisch-Litauen‎, pol. Litwa Pruska) — Litvanın etnoqrafik bölgəsi və Prussiyanın (sonra isə Almaniyanın Şərqi Prussiya vilayətinin) tarixi bölgəsi. == Adı == Kleinlittaw ifadəsinin ən erkən istifadəsi XVI əsrdə Prussiyalı Simon Qrunaunun xronikalarında olub. Litva əyaləti , Litva rayonları ), Litva dairəsi və ya sadəcə Prussiya Litvası və ya Litva ifadələri 1618-ci ildən bəri Prussiya hüquqi sənədlərində Litvalıların yaşadığı Narduviya və Skaloviya inzibati vahidləri üçün işlənilirdi.
Kiçik Lyaxoski
Kiçik Lyaxovski — Rusiya Federasiyası Saxa Respublikasının ərazisində Laptevlər dənizi akvatoriyasında Böyük Lyaxovski adasından şimalda yerləşir. Onları Eterikan boğazı ayırır və eni 14 km təşkil edir. Ada rus səyyahı İvan Lyaxovnin şərəfinə adlandırılmışdır. Adanı 1773-cü ildə kəş etmişdir. Adanın uzunluğu 42 km, eni 28 km, sahəsi 1325 km² təşkil edir. Adadan şimalda Kotelnı adası yerləşir, onları Sannikov boğazı ayırır. Boğazın eni 55 km-dir. 118 km qərbdə Stalbovoy adası vardır. Ada ərazisində Tinkir-Kyuele gölü və 10 çay vardır. 2012-ci ildə Kiçik Lyaxovski adasında Mamont sümükləri aşkarlanmışdır.
Kiçik Lyaxovski
Kiçik Lyaxovski — Rusiya Federasiyası Saxa Respublikasının ərazisində Laptevlər dənizi akvatoriyasında Böyük Lyaxovski adasından şimalda yerləşir. Onları Eterikan boğazı ayırır və eni 14 km təşkil edir. Ada rus səyyahı İvan Lyaxovnin şərəfinə adlandırılmışdır. Adanı 1773-cü ildə kəş etmişdir. Adanın uzunluğu 42 km, eni 28 km, sahəsi 1325 km² təşkil edir. Adadan şimalda Kotelnı adası yerləşir, onları Sannikov boğazı ayırır. Boğazın eni 55 km-dir. 118 km qərbdə Stalbovoy adası vardır. Ada ərazisində Tinkir-Kyuele gölü və 10 çay vardır. 2012-ci ildə Kiçik Lyaxovski adasında Mamont sümükləri aşkarlanmışdır.
Kiçik Malqobek
Kiçik Malqobek (Oset. Чысыл Мæлгъæвæг, qum. Малгъабек -отар) kəndi Şimali Osetiya Respublikasının Mozdok bölgəsində yerləşir. "Predqornenski kənd yaşayış məntəqəsi" bələdiyyəsinə hissəsinə daxildir. == Coğrafiya == Kiçik Malqobek kəndi Mozdok bölgəsinin cənub hissəsində, Şimali Osetiyanın ərazisinin qonşu İnquşetiya respublikasının ərazisinə qədər ərazidə uzanır. Kənd, Mozdokun regional şəhər mərkəzindən 40 km cənubda, İnquşetiyanın Malqobek şəhərindən 8 km şimal-şərqdə və Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhərindən 67 km şimalda (yol boyunca məsafədədir)yerləşir. Kənd, Terek silsiləsinin zirvəsində, Şimali Osetiya və İnquşetiya sərhəddində yerləşir. Voznesenskaya kəndindən Köhnə Malqobekə qədər silsilədən qərbə keçən bu yol bir sıra neft istehsal edən kəndləri və Malqobek-Qorski neft yatağının hissələrini birləşdirir. Voznesenskaya kəndində R-296 Mozdok - Çermen - Vladiqafqaz regional magistral yoluna , Köhnə Malqobekdə Malqobek - Razdolnoye magistral yoluna bitişir. Beləliklə, nəqliyyat baxımından kənd Şimali Osetiya ərazisi ilə müqayisədə İnquşetiya ərazisi ilə daha çox bağlıdır.